Logo
    main-post-cover

    Məşhur insayder REDMI K80 Ultra barəsində yeni məlumatlar verib

    Cihazlar+
    21.02.2025
    Emil
         REDMI brendi yeni flaqman modeli K80 Ultra üzərində çalışır və əvvəlki məlumatlara görə, bu cihaz 6500 mAh enerji tutumlu batareya ilə təchiz ediləcəkdi. Lakin Çindən yayılan yeni şayiələrə əsasən, REDMI K80 Ultra 7400-7500 mAh arasında batareya tutumuna malik ola bilər. Bu artım, cihazda silisium-karbon texnologiyasının istifadəsi sayəsində mümkün olacaq. Bu məlumatı Digital Chat Station ləqəbli məşhur insayder açıqlayıb və əlavə edib ki, REDMI K80 Ultra smartfonu 100 vat gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək.
         Bundan əlavə, smartfonun MediaTek-in hələ təqdim edilməmiş Dimensity 9400+ prosessoru vasitəsilə çalışacağı, 1.5K keyfiyyətli 6.8 düym ölçülü OLED ekranı əldə edəcəyi və ekran ətrafı simmetrik incə çərçivələrə sahib olacağı bildirilir. Cihaz həmçinin metal gövdəyə və arxa panelin yuxarı sol küncündə yerləşdirilmiş dairəvi kamera sahəsinə sahib olacaq. Əvvəlki şayiələrə görə, K80 Ultra-nın gövdəsi IP68 standartı üzrə suya və toza davamlı olacaq. Ötən il REDMI K70 Ultra smartfonu iyul ayında təqdim edildiyi üçün, K80 Ultra-nın da 2025-ci ilin eyni dövründə təqdim ediləcəyi gözlənilir.
    Paylaş