
Məşhur insayder təqdimata hazırlaşan REDMI Turbo 4-ün bəzi texniki göstəricilərini açıqlayıb
Cihazlar+
03.12.2024
Emil
REDMI brendi REDMI K80 smartfon seriyasının təqdimatından bir neçə gün öncə rebrendinq edən zaman bildirmişdi ki, o, REDMI Turbo-nu ayrıca smartfon seriyasına çevirəcək. Hal-hazırda şirkət REDMI Turbo 4 smartfon seriyasının təqdimatına hazırlaşır. Gözləntilərə əsasən bu seriyaya iki model daxil olacaq. REDMI Turbo 4 və Turbo 4 Pro. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder REDMI Turbo 4 modeli barəsində yeni təfərrüatları bölüşüb.
Beləliklə insayderin sözlərinə əsasən təqdimata hazırlaşan bu smartfon şüşə materialdan hazırlanmış arxa paneli əldə edəcək. Onun gövdə ətrafı çərçivəsi isə plastik materialdan hazırlanacaq. Bununla yanaşı insayder bildirib ki, smartfon 1.5K keyfiyyətli LTPS ekranla təchiz olunacaq və MediaTek Dimensity 8400 prosessoru vasitəsilə çalışacaq. Məlumatda qeyd edilib ki, REDMI Turbo 4 özündə 6500 mAh enerji tutumlu batareyanı, əsas kamerası 50 MP-lik olacaq ikili arxa kameranı və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasını birləşdirəcək. REDMI Turbo 4 seriyasının bu ayın sonuna kimi təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
