
Meta-nın Quest 3S adlı yeni büdcəli VR cihazının fotoları ortaya çıxıb
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Meta şirkəti Quest 3S adlı yeni büdcəli VR cihazını təqdim etməyə hazırlaşır. İndi isə Meta-nın bu yeni büdcəli VR cihazının fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolar Quest 3S-i hər tərəfdən sərgiləyirlər. Fotolara əsasən Quest 3S cihazı Meta şirkətinin qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişə sahib olmayan ilk VR cihazı olacaq. Bu isə o deməkdir ki, istifadəçilər ayrıca USB-C keçid naqilini almalı olacaqlar.
Nəticədə VR cihazın şarj prosesində olduğu zaman onda qulaqlıqlardan istifadə etmək mümkün olmayacaq. Fotolardan birində əks olunmuş məlumata əsasən Quest 3S cihazı 16.74 vatt-saatlıq batareyanı əldə edəcək. Bu cür batareya həcmi Quest 2-nin batareya həcmindən bir qədər böyük olsa da, Quest 3-ün batareya həcmindən kiçikdir. Qeyd etmək lazımdır ki, Quest 3S VR cihazının 23-26 sentyabr tarixlərində keçiriləcək Meta Connect adlı tədbir çərçivəsində təqdim olunacağı gözlənilir.



Paylaş