main-post-cover

    Meta Quest 3S VR cihazı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    26.09.2024
    Emil Nəcəfov
         Meta şirkəti Meta Connect tədbiri çərçivəsində yeni büdcəli VR cihazını təqdim edib. Söhbət, Quest 3S VR-dan gedir. Bu yeni VR cihaz şirkətin aktual olan Quest 3 VR cihazının daha sadələşdirilmiş versiyasıdır. Məlumatda qeyd edilib ki, Quest 3S VR modeli Quest 3 VR-ın performansını sərgiləyir. Belə ki, yeni VR cihaz Quest 3 VR kimi Snapdragon XR2 Gen 2 prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM-ı birləşdirir. Quest 3S VR 1920x1832 piksel keyfiyyətli iki ədəd ekranla təchiz olunub. Bununla yanaşı ekranların sahib olduqları baxış bucağı da daha aşağıdır.
         Yeni VR cihaz ölçü baxımından Quest 3 VR-dan bir qədər böyükdür və onun ön hissəsində kameralar yerləşir. VR cihazın gövdəsində yerləşən Action Button düyməsi sayəsində istifadəçi kameralar vasitəsilə ətraf mühiti rahatlıqla görə bilir. Yeni VR cihaz iki versiyada təqdim edilir. Birinci versiya 128 GB daxili yaddaş həcminə, ikinci versiya isə 256 GB daxili yaddaş həcminə sahibdir. VR cihazın komplektinə idarəetmə gamepadları daxildir. Quest 3S VR bir dəfə şarj olunandan sonra 2.5 saat ərzində çalışa bilir. Müqayisə üçün qeyd etmək lazımdır ki, adi Quest 3 VR-da bu göstərici 2.2 saat təşkil edir. Quest 3S VR-ın satışlarına 16 oktyabr tarixində start veriləcək. VR cihazın 128 GB yaddaşa sahib versiyası 300$-a, 256 GB yaddaşa sahib versiyası isə 400$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni zəka əsaslı Meta AI köməkçisi yeni imkanlar əldə edib
    suni-zeka-esasli-meta-ai-komekcisi-yeni-imkanlar-elde-edib
    Meta Reels videolarının digər dillərə dublyajı üçün süni zəka funksiyasını anons edib
    meta-reels-videolarinin-diger-dillere-dublyaji-ucun-suni-zeka-funksiyasini-anons-edib
    Meta, dünyanın ən qabaqcıl eynəyi kimi təsvir etdiyi Orion-u təqdim edib!
    meta-dunyanin-en-qabaqcil-eyneyi-kimi-tesvir-etdiyi-orion-u-teqdim-edib
    Sosial platformalar düşünüldüyündən daha çox istifadəçi məlumatı yığırlar
    sosial-platformalar-dusunulduyunden-daha-cox-istifadeci-melumati-yigirlar
    Meta-nın Quest 3S adlı yeni büdcəli VR cihazının fotoları ortaya çıxıb
    meta-nin-quest-3s-adli-yeni-budceli-vr-cihazinin-fotolari-ortaya-cixib