Moto G Power 2023 smartfonunun keyfiyyətli render fotoları təqdim edilib

Moto G Power 2023 smartfonunun keyfiyyətli render fotoları təqdim edilib

Mobil Cihazlar
06.03.2023 PAYLAŞIM

    Motorola şirkəti Moto G seriyasına daxil olacaq yeni büdcəli smartfon üzərində çalışır. Söhbət, Moto G Power 2023-dən gedir. İndi isə OneLeaks ləqəbli məşhur insayder sözügedən smartfonun render fotolarını və onun barəsində bəzi məlumatları təqdim edib. Beləliklə xarici görünüşcə Moto G Power 2023 modeli Motorola brendinin digər smartfonlarına bənzəyəcək. O, 6.5 düym-lük yastı ekran ilə təchiz olunacaq və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş dairəvi formalı kiçik çıxıntı yerləşəcək. Smartfon ekranının hansı göstəricidə təsvir yenilənməsini əldə edəcəyi bilinmir. Moto G Power 2023-ün arxa panelində isə üçlü kamera yerləşəcək. Bununla yanaşı smartfon naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş də əldə edəcək. Moto G Power 2023 smartfonunun nə zaman təqdim ediləcəyi barəsində məlumat verilməyib.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei P60, P60 Pro və P60 Art təqdim olunub - QİYMƏTİ

Huawei şirkəti qatlana bilən Mate X3 smartfonu ilə yanaşı həmçinin çoxdan gözlənilən P60 flaqman sma..


Qatlana bilən Huawei Mate X3 təqdim olunub - QİYMƏTİ

Huawei şirkəti yeni qatlana bilən smartfonu Mate X3-ü təqdim edib. Şirkətin Mate X2 modeli ilə müqay..


Lenovo şirkəti gaming smartfonlar biznesindən çıxmaq qərarına gəlib

Lenovo şirkətinin əməkdaşlarından birinin verdiyi məlumata əsasən şirkət özünün Legion brendi altınd..


iPhone 15 smartfonlarında USB Type-C üzərindən sürətli şarj yalnız orijinal naqi..

Apple şirkətinin iPhone 15 smartfon seriyasında Lightning-dən imtina və onu USB Type-C ilə əvəz edəc..


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..

×