
Moto G Stylus 5G (2025) smartfonunun yeni render fotosu təqdim edilib
Cihazlar+
25.09.2024
Emil
Motorola şirkəti Moto G seriyasının yeni smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Moto G Stylus 5G (2025)-dən gedir. Android Headlines saytı öz növbəsində hazırlanan bu yeni smartfonun yeni render fotosunu təqdim edib. Təqdim edilmiş render fotoya əsasən yeni smartfon xarici görünüşcə Moto G Stylus 5G (2024) modelinə bənzəyəcək. Smartfon yastı gövdə və ekran dizaynını əldə edəcək və üstəlik özündə stilus dəstəyini birləşdirəcək. Stilus böyük ehtimal ilə smartfonun komplektinə daxil olacaq. Təəssüflər olsun ki, smartfonun texniki imkanları ilə bağlı hələ heç bir məlumat yoxdur. Gözləntilərə əsasən Moto G Stylus (2025) bu ilin sonuna kimi təqdim olunacaq.

Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
