
Nazik gövdəli Samsung Galayx S25 Edge smartfonunun ilk kamera məlumatları təqdim edilib
Cihazlar+
31.01.2025
Emil
Samsung şirkəti 22 yanvar tarixində Galaxy S25 smartfon seriyasının təqdim etdi. Bu seriyaya Galaxy S25, S25+ və S25 Ultra modelləri daxil oldular. Təqdimatın sonunda isə şirkət nazik gövdəli Galaxy S25 Edge modelini anons etdi. Lakin bu sadəcə anons idi. Smartfonun tam təqdimatı hələ baş tutmayıb. Buna görə də Galaxy S25 Edge modelinin texniki imkanları barəsində hər hansısa rəsmi bir məlumat yoxdur. Lakin kamera sistemi haqqında yeni detallar ortaya çıxıb. Əvvəlki sızdırılmış məlumatlara əsasən Galaxy S25 Edge üçlü kamera sisteminə sahib olması gözlənilirdi. Onun aşağıdakı modullarla təchiz ediləcəyi bildirilirdi. 200 MP-lik əsas kamera, 50 MP-lik ultra geniş bucaqlı kamera, 50 MP-lik telekamera.

Lakin məşhur insayder PandaFlash-in, sosial media platforması X-də (keçmiş Twitter) paylaşdığı məlumata əsasən Galaxy S25 Edge yalnız iki arxa kameraya sahib olacaq. 200 MP-lik əsas arxa kamera və 12 MP-lik ultra geniş bucaqlı kamera. Bununla yanaşı Galaxy S25 Edge smartfonunun ekranı Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə təchiz ediləcək. Bu, Galaxy S25 və S25+ modellərində də istifadə olunan qoruyucu şüşədir. Qeyd edək ki, seriyanın ən güclü modeli olan Galaxy S25 Ultra smartfonu Gorilla Armor 2 şüşəsi ilə təchiz olunub. İnsayderlərin məlumatına görə, Galaxy S25 Edge smartfonu bu ilin apreal ayında satışa çıxacaq.
Mənbə: GSMarena
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
