
Nintendo Switch 2-nin gələn ilin hansı ayında satışa çıxacağı açıqlanıb
Cihazlar+
26.02.2024
Emil
Keçən həftə məlumat ortaya çıxdı ki, Nintendo şirkəti öz növbəti portativ oyun konsolunun (şərti adı Nintendo Switch 2) satışlarını 2025-ci ilə qədər təxirə salıb. Əslində isə konsolun bu ilin sonunda satışa çıxacağı gözlənilirdi. İndi isə Yaponiyanın Nikkei adlı saytı Nintendo Switch 2-nin nə zaman satışa çıxacağı barəsində məlumat verib. Məlumatda təsdiqlənib ki, Nintendo həqiqətən də öz növbəti portativ oyun konsolunun satışlarını 2025-ci ilə təxirə salıb.
Nikkei bildirib ki, şirkət Nintendo Switch 2-ni 2025-ci ilin mart ayında satışa çıxartmağı planlaşdırır. Məlumata əsasən Nintendo-nun bu cür adımı atmasında iki səbəb var. Birinci səbəb ondan ibarətdir ki, yeni portativ oyun konsolunun satışları zamanı şirkət istifadəçilərə geniş seçimdə oyun təklif etmək istəyir. İkinci səbəb isə şirkətin öz partnyorlarının Nintendo Switch 2-nin texniki imkanları ilə daha ətraflı şəkildə tanış olmalarını təmin etmək istəməsindədir.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
