Logo
    main-post-cover

    Nintendo Switch 2 üçün yeni “Star Fox” oyunu təqdim olundu

    Cihazlar+
    07.05.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Star Fox seriyası uzun fasilədən sonra geri qayıdır. Nintendo gözlənilmədən keçirdiyi Direct təqdimatı zamanı Switch 2 üçün hazırlanan yeni “Star Fox” oyununu rəsmi olaraq elan edib. Oyun sadəcə “Star Fox” adlanır və 25 iyun tarixində satışa çıxacaq.
        Şirkətin sözlərinə görə, oyun klassik Star Fox 64 əsasında hazırlanıb. Lakin bu dəfə personajlar yenidən dizayn edilib, qrafika isə müasir səviyyəyə uyğunlaşdırılıb. İlk görüntülərə əsasən oyun əvvəlki hissənin ruhunu qoruyaraq daha detallı vizual görünüş təqdim edir. Xüsusilə Slippy Toad obrazının daha realist görünüşü diqqət çəkib. Oyunda ənənəvi kosmik döyüşlərlə yanaşı, sualtı qayıq da daxil olmaqla müxtəlif nəqliyyat vasitələrini idarə etmək mümkün olacaq.
        Yeni “Star Fox” əvvəlki hissələrdən fərqli olaraq onlayn çoxoyunçulu rejim də təqdim edir. Oyunda dörd nəfərə qarşı dörd nəfərlik hava döyüşləri yer alacaq. Bundan əlavə, istifadəçilər mouse idarəetməsindən yararlana biləcək. Nintendo həmçinin GameChat sistemi vasitəsilə oyunçuların mimika və hərəkətlərini əks etdirən interaktiv avatar funksiyasını da əlavə edib. Retro təcrübə sevənlər üçün isə N64 idarəedicisi dəstəyi qorunub saxlanılıb.
        Oyunun rəqəmsal versiyası 49.99 dollar, fiziki versiyası isə 59.99 dollar qiymətində satışa təqdim olunacaq.
    Paylaş