
Nothing-in CMF subbrendinin hələ təqdim edilməmiş smartfonunun real fotosu təqdim edilib
Cihazlar+
13.03.2025
Emil
Reddit istifadəçilərindən biri Nothing şirkətinin subbrendi qismində çıxış edən CMF-nın hələ rəsmi şəkildə təqdim olunmamış yeni smartfonunun real fotosunu təqdim edib. Təqdim edilmiş fotoda smartfonun yalnız arxa paneli əks olunub. Fotoda əks olunmuş smartfonun konkret adı barəsində məlumat yoxdur. Smartfonun CMF Phone 2 olduğu güman edilir. Belə ki, fotodakı smartfonun dizaynı birinci nəsil CMF Phone-nun dizaynını xatırladır. Lakin fotodakı smartfonun kamera sahəsi bir qədər fərqlidir. İlk növbədə birinci nəsil CMF Phone ilə müqayisədə fotodakı smartfonun arxa panelində iki kamera əvəzinə üç kamera yerləşir və üstəlik LED işıqlandırma fərqli formadadır. Fotonun reallığı əks etdirib-etdirmədiyi məlum deyil. Lakin çox güman ki, bu, yaxın müddətdə məlum olacaq.

Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
