main-post-cover

    Növbəti iPhone seriyalarının adlarında "i" hərfi olmaya bilər!

    Cihazlar+
    22.05.2024
    Farid Pardashunas

         iPhone, iPad və iMac kimi cihazların adlarında ilk dəfə “i” prefiksindən istifadə etməyi önə sürən Ken Segall-dan maraqlı təklif gəlib. Əfsanəvi yaradıcı direktor, artıq bu prefiksdən istifadə etməməyi təklif edir.

         Ken Segall, Apple-ın qurucusu Steve Jobs-un məhsullarını tanıtmaq üçün dəfələrlə birlikdə işlədiyi reklam agentliyinin kreativ direktorudur. O, iPhone, iPad, iMac və digər cihazların adlarında “i” prefiksini icad edən şəxs kimi tanınır. Segall, verdiyi müsahibəsində Apple-ın bu şəkilçini ləğv etməsinin vaxtının gəldiyini söyləyib.
         iPhone-ların adlarındakı “i” hərfi onların internetə qoşula bildiyi mənasını verir. Ancaq bu gün bütün cihazlar internetə qoşula bildiyinə görə, artıq bu prefiksin heç bir mənası qalmayıb. Segall, açıqlamasında "Ola bilsin ki , Apple-ın bu prefiksi atması fikrini dəli kimi görən marketinq mütəxəssisləri olacaq" sözlərini deyib.
         Görünən odur ki, Apple "i" prefiksinin istifadəsini mərhələli şəkildə dayandırmağa hazırlaşır. Şirkət son illərdə Apple Watch, AirPods və Vision Pro kimi cihazların adlarında "i" hərfindən istifadə etməyə başlayıb. Segall, bu dəyişikliyin arxasında duran mümkün səbəbləri şərh edərkən məntiqi arqumentlər təqdim etsə də, Apple-ın iPhone adını dəyişməsi çox çətin bir qərar kimi görünür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    4-cü nəsil iPhone SE-nin hansı qiymətə sahib olacağı açıqlanıb
    4-cu-ne
    iPhone 16 Plus smartfonu iPhone tarixinin son Plus modeli ola bilər
    iphone-16-plus-smartfonu-iphone-tarixinin-son-plus-modeli-ola-biler
    4-cü nəsil iPhone SE nə zaman təqdim olunacaq?
    4-cu-nesil-iphone-se-ne-zaman-teqdim-olunacaq
    iPhone 16 Pro Max bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışa bilər
    iphone-16-pro-max-bir-defe-sarj-olunandan-sonra-daha-uzun-muddet-erzinde-calisa-biler
    Apple gələn il nazik gövdəyə və yeni dizayna sahib daha bahalı iPhone 17-ni təqdim edə bilər
    apple-gelen-il-nazik-govdeye-ve-yeni-dizayna-sahib-dah-bahali-iphone-17-ni-teqdim-ede-biler