Logo
    main-post-cover

    Ofis işləri üçün nəzərdə tutulmuş REDMI A27U Type-C 2026 monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    18.08.2025
    Emil
         Xiaomi-nin REDMI brendi ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Brendin yeni monitoru REDMI A27U Type-C 2026 adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 93%-ni əhatə edir. Monitor istifadəçi gözlərinin qorunması üçün göy işıq səviyyəsinin aşağı salınması imkanına sahibdir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4, USB 2.0, USB-C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək olar. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. REDMI A27U Type-C 2026 artıq Çində satışa çıxıb və onun qiyməti 250$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş