Logo
    main-post-cover

    Ofis işləri üçün REDMI Monitor A24 Multi-Function Stand Edition 2026 monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    27.10.2025
    Emil
         Xiaomi-nin REDMI brendi ofis işləri üçün nəzərdə tutulmuş yeni büdcəli monitorunu təqdim edib. Brendin bu yeni monitoru REDMI Monitor A24 Multi-Function Stand Edition 2026 adlanır. Beləliklə bu yeni monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 23.8 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın standart parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 6 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə DisplayPort 1.4 HDMI 2.0 girişlərini birləşdirir. REDMI Monitor A24 Multi-Function Stand Edition 2026 artıq Çində satışa çıxıb və onun qiyməti 72$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş