
Ofis işləri üçün Xiaomi Monitor A24i monitoru təqdim edilib
Cihazlar+
06.02.2024
Emil
Xiaomi şirkəti qlobal bazarda öz yeni monitorunu təqdim edib. Təqdim edilmiş monitor Xiaomi Monitor A24i adını əldə edib və ofis işləri üçün nəzərdə tutulub. Beləliklə Xiaomi Monitor A24i monitoru 100 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 23.8 düym LCD ekranla təchiz olunub. Ekran 16.7 milyon rəngi əks etdirə bilir. Məlumatda qeyd edilib ki, ekran həmçinin sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitorun qalınlığı 7.5 mm təşkil edir və o özündə DisplayPort 1.4 ilə HDMI girişlərini birləşdirir. Xiaomi Monitor A24i-nin qlobal bazarda satışlarına yaxın günlərdə start veriləcək. Onun satış qiyməti barəsində isə heç bir məlumat verilməyib.

Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
