main-post-cover

    OnePlus 11 flaqman smartfonunun texniki özəllikləri barəsində məlumatlar ortaya çıxıb

    Cihazlar+
    22.12.2022
    Emil Nəcəfov
        Hələ təqdim edilməmiş OnePlus 11 smartfonu Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Ortaya çıxmış məlumatlarda smartfonun texniki özəllikləri əks olunub. Beləliklə ortaya çıxmış məlumatlara əsasən OnePlus 11 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 6.7 düym AMOLED ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 12/26 GB RAM ilə 512 GB-a kimi daxili yaddaş həcmini birləşdirəcək.
        Batareya məsələsində smartfon 100 vatt gücündə sürətli şarj texnologiyalı 4870 mAh enerji tutumlu batareyaya sahib olacaq. OnePlus 11 modeli özündə üçlü arxa kameranı birləşdirəcək: 50 MP + 48 MP + 32 MP. Bununla yanaşı smartfon 16 MP-lik ön kamera ilə təchiz olunacaq və Android 13 əməliyyat sistemi vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, OnePlus şirkəti smartfonun təqdimat tarixini artıq rəsmi şəkildə elan edib. OnePlus 11-in təqdimatı 7 fevral tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər