Logo
    main-post-cover

    OnePlus bu il qatlana bilən qapaqlı smartfonunu təqdim edəcək

    Cihazlar+
    18.04.2024
    Farid
         OnePlus şirkəti keçən il ilk qatlana bilən smartfonu OnePlus Open-i təqdim etmişdi. Bu il isə şirkət özü üçün yeni form-faktorda olacaq yeni qatlana bilən smartfonu təqdim etməyi planlaşdırır. İnsayderlərin sözlərinə əsasən söhbət, qatlana bilən qapaqlı smartfondan gedir. Məlumatda qeyd edilib ki, OnePlus-ın bu cür form-faktorda qatlana bilən smartfonu Samsung Galaxy Z Flip 5Z Flip 6 ilə rəqabət aparmalıdır. İnsayderlərin sözlərinə əsasən OnePlus-ın ilk qatlana bilən qapaqlı smartfonu üçlü arxa kamera ilə təchiz olunacaq və onlardan biri optik zoom özəlliyinə sahib olacaq. Bununla yanaşı smartfon ya Qualcomm ya da MediaTek prosessoru vasitəsilə çalışacaq. Qatlana bilən qapaqlı OnePlus smartfonunun konkret olaraq nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş