
OnePlus Buds Ace 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Cihazlar+
26.12.2024
Emil
OnePlus şirkəti OnePlus Ace 5 smartfonları və yeni OnePlus Pad planşeti ilə yanaşı üstəlik yeni naqilsiz qulaqlığını da təqdim edib. Söhbət, OnePlus Buds Ace 2-dən gedir. Beləliklə qulaqlıqlardan hər biri 12.4 mm-lik audio drayver ilə təchiz olunub və onlar ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyirlər. Bundan əlavə olaraq qulaqlıqlarda telefon danışıqları üçün süni zəka əsasında ətraf səs-küyün aktiv boğulması funksiyası da reallaşdırılıb. Qulaqlıqların gövdələri IP55 standartı üzrə sudan qorunma özəlliyinə sahibdirlər. Digər cihazlara qoşulma prosesi üçün qulaqlıqlara Bluetooth 5.4-ün dəstəyi əlavə olunub. OnePlus Buds Ace 2 bir dəfə şarj olunandan sonra 12 saat ərzində çalışa bilir. Şarj keysi sayəsində bu göstərici 43 saat təşkil edir. OnePlus Buds Ace 2 artıq Çində satışa çıxıb və onun qiyməti 23$ təşkil edir. Onun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Yeni OnePlus Pad planşeti təqdim edilib - QİYMƏTİ
OnePlus şirkəti OnePlus Ace 5 smartfonları ilə yanaşı yeni OnePlus Pad planşetini də təqdim edib. Şirkətin bu yeni planşeti böyük ölçülü ekranı və MediaTek Dimensity prosessorunu əldə edib.

Cihazlar+
OnePlus Ace 5 və Ace 5 Pro təqdim olunub - QİYMƏTİ
OnePlus şirkəti daha öncə də söz vermiş olduğu kimi OnePlus Ace 5 və Ace 5 Pro smartfonlarını təqdim edib. Bu smartfonlar həm xarici görünüşcə həm də bəzi texniki imkanlar üzrə eynidirlər.

Cihazlar+
Məşhur insayder qatlana bilən OnePlus Open 2 smartfonu barəsində yeni təfərrüatları təqdim edib
Heç şübhəsiz OnePlus şirkəti hal-hazırda OnePlus Open 2 adlı yeni qatlana bilən smartfonu üzərində çalışır. Bu smartfon qatlana bilən OPPO Find N5 smartfonunun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olmalıdır.

Cihazlar+
OnePlus Ace 5 Pro-nun prosessor performansı və batareya həcmi rəsmi şəkildə açıqlanıb
OnePlus şirkəti OnePlus Ace 5 və Ace 5 Pro smartfonlarını artıq sabah təqdim edəcək. Təqdimatdan 1 gün öncə isə şirkət OnePlus Ace 5 Pro modeli barəsində rəsmi təfərrüatları bölüşüb.

Cihazlar+
OnePlus 13R-in hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
OnePlus şirkəti OnePlus 13R smartfonunun təqdimatını artıq anons edib. Sözügedən smartfon 7 yanvar tarixində təqdim olunacaq.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
