main-post-cover

    OnePlus-ın ilk qatlana bilən smartfonunun adı rəsmi şəkildə təsdiqlənib

    Cihazlar+
    27.07.2023
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti öz ilk qatlana bilən smartfonunu OnePlus Open adlandırmağı planlaşdırır. İndi isə şirkət bu məlumatı rəsmi şəkildə təsdiqləyib. Dünən Samsung şirkəti qatlana bilən Galaxy Z Fold 5 ilə Z Flip 5-i təqdim edən zaman OnePlus öz Twitter hesabında “We OPEN when others FOLD” tweet-ni paylaşıb. Burdan da belə qənaətə gəlmək olar ki, şirkətin ilk qatlana bilən smartfonu həqiqətən də OnePlus Open adını əldə edəcək. Son məlumat sızıntılarına əsasən OnePlus Open modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 7.8 düym daxili AMOLED ekran və 6.3 düym xarici AMOLED ekran ilə təchiz olunacaq. Smartfonun Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər