OnePlus-ın ilk qatlana bilən smartfonunun texniki özəllikləri barəsində yeni məlumatlar verilib

OnePlus-ın ilk qatlana bilən smartfonunun texniki özəllikləri barəsində yeni məlumatlar verilib

Mobil Cihazlar
19.05.2023 PAYLAŞIM

    OnePlus hələ ilin əvvəlində rəsmi şəkildə bildirmişdi ki, o, il ərzində ilk qatlana bilən smartfonunu təqdim edəcək. Şirkət hal hazırda həmin smartfon üzərində aktiv şəkildə çalışır və onun OnePlus Fold adını əldə edəcəyi gözlənilir. İndi isə insayderlər OnePlus-ın ilk qatlana bilən smartfonu barəsində yeni məlumatları təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən OnePlus Fold 120 Hz-lik təsvir yenilənməsinə sahib QHD keyfiyyətli 8 düym daxili LTPO OLED ekran və 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 6.5 düym xarici AMOLED ekran ilə təchiz olunacaq.

    Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 16 GB-a kimi RAM ilə 512 GB-a kimi daxili yaddaş həcmini birləşdirəcək. Smartfon 32 MP-lik iki ədəd ön kameraya sahib olacaq. Onlardan biri daxili ekran üzərində, digəri isə xarici ekran üzərində yerləşəcək. Arxa kameralara gəldikdə isə OnePlus Fold 50 MP + 48 MP + 32 MP üçlü arxa kameraya sahib olmalıdır. Bununla yanaşı smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. One Plus öz ilk qatlana bilən smartfonunu bu ilin üçüncü rübündə təqdim etməlidir.




DAHA ÇOX


Məşhur insayder OnePlus 12 flaqman smartfonu barəsində yeni məlumatlar verib..

Artıq məlumdur ki, OnePlus şirkəti hal hazırda OnePlus 12 flaqman smartfonu üzərində çalışır...


Büdcəli Redmi 12-nin render fotoları ortaya çıxıb

Redmi brendi Avropa bazarında Redmi 12 adlı yeni büdcəli smartfonunu satışa çıxartmağa hazırlaşır...


Samsung Galaxy Z Flip 5-in texniki özəllikləri insayderlər tərəfindən təsdiqləni..

Samsung-un yeni qatlana bilən smartfonları olacaq Galaxy Z Fold 5 ilə Z Flip 5 barəsində məlumatlar ..


Galaxy Z Fold 5 ilə Z Flip 5-in nə zaman təqdim olunacağı Samsung tərəfindən təs..

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti öz yeni qatlana bilən s..


Qatlana bilən Honor Magic V2 smartfonu təqdimata hazırlaşır

2 ay bundan öncə Honor şirkəti Honor Magic Vs adlı qatlana bilən smartfonunu təqdim etmişdi. ..


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..

×