
OPPO Reno 14 Pro smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
02.05.2025
Emil
OPPO şirkəti OPPO Reno 14 smartfon seriyasını təqdim etməyə hazırlaşır. Digital Chat Station ləqəbli məşhur insayder bir neçə müddət bundan öncə bu seriyanın modellərindən birinin render fotolarını təqdim etmişdi. İndi isə məlum olub ki, seriyanın OPPO Reno 14 Pro modeli Geekbench testlərindən keçib. Bunun sayəsində OPPO Reno 14 Pro barəsində bəzi təfərrüatlar ortaya çıxıb.

Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən OPPO Reno 14 Pro-nun prosessoru özündə 1 ədəd 3.25 GHz tezlikli nüvəni, 3 ədəd 3 GHz tezlikli nüvəni və 4 ədəd 2.10 GHz tezlikli nüvəni birləşdirir. Bu göstəricilər isə MediaTek Dimensity 8400 prosessoruna işarə edirlər. Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Üstəlik məlum olub ki, OPPO Reno 14 Pro qutudan Android 15-i əldə edəcək. Beləliklə smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 1612 xal, çoxnüvəli testi çərçivəsində isə 6404 xal toplayıb.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
