
OPPO Watch 4 smart saatının render fotoları təqdim edilib
Cihazlar+
17.01.2024
Emil
Keçən ilin avqust ayında OPPO şirkəti OPPO Watch 4 Pro smart saatını təqdim etmişdi. İndi isə internetdə adi OPPO Watch 4-ün render fotoları və bəzi texniki imkanları ortaya çıxıb. Məlumata əsasən OPPO Watch 4 öz dairəvi formalı gövdəsi hesabına OPPO Watch 3-dən fərqlənəcək. İnsayderlər bildiriblər ki, OPPO Watch 4 böyük ehtimal ilə Snapdragon W5 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smart saatın 466x466 piksel keyfiyyətli AMOLED ekrana və eSIM dəstəyinə sahib olacağı gözlənilir. OPPO Watch 4-ün nə zaman təqdim olunacağı bilinmir.


Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
