OPPO Watch 4 Pro smart saatı təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
29.08.2023
Emil Nəcəfov
OPPO şirkəti qatlana bilən Find N3 Flip smartfonu ilə yanaşı həmçinin OPPO Watch 4 Pro smart saatını da təqdim edib. Təqdim edilmiş bu yeni flaqman smart saat insan səhhətinin monitorinqi və idman mövzularında çoxlu sayda funksiyaya sahibdir. Bundan əlavə olaraq öz rəqiblərindən fərqli olaraq OPPO Watch 4 Pro bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışa bilir. OPPO-nun yeni smart saatının gövdəsi kvadrat formaya sahibdir. Smart saat 496х378 piksel keyfiyyətli 1.91 düym AMOLED ekran ilə təchiz olunub.
Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir və üstəlik o, Always-on-Display funksiyasını dəstəkləyir. Smart saat Snapdragon W5 Gen 1 prosessoru vasitəsilə çalışır və özündə 2 GB RAM ilə 32 GB daxili yaddaş həcmini birləşdirir. OPPO Watch 4 Pro-nun sahib olduğu batareya həcmi isə 570 mAh təşkil edir. Bu cür batareya həcmi vasitəsilə smart saat adi rejimdə 15 gün ərzində, intensiv rejimdə isə 5 gün ərzində çalışa bilir.
İstifadəçi səhhətinin monitorinqi mövzusuna gəldikdə isə bu flaqman smart saat ürək döyüntülərinin tezliklərini, qanda oksigen və şəkər miqdarını ölçə, eləcə də elektrokardioqrafiyanı reallaşdıra və yuxu keyfiyyətinə nəzarət edə bilir. Smart saat 100-dən çox idman rejimini dəstəkləyir. OPPO Watch 4 Pro eSIM və NFC dəstəyinə sahibdir. OPPO Watch 4 Pro 8 sentaybr tarixində Çində satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Smart saatın Çin bazarındakı qiyməti 315$ təşkil edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!