
Orta büdcəli CMF Phone 2 Pro təqdim edilib - QİYMƏTİ
Cihazlar+
28.04.2025
Emil
Nothing şirkətinin CMF adlı subbrendi qlobal bazarda öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, CMF Phone 2 Pro-dan gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və gövdəyə müxtəlif aksesuarların bərkidilməsi imkanını əldə edib. Beləliklə CMF Phone 2 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.77 düym ölçülü Super AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.

CMF Phone 2 Pro-nun gövdəsi IP54 standartı üzrə tozdan və nəmişlikdən qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Dimensity 7300 Pro prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 129/256 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda CMF Phone 2 Pro özündə 50 MP + 8 MP + 50 MP üçlü arxa kameranı və 16 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. CMF Phone 2 Pro 5 may tarixində satışa çıxacaq və onun qiyməti 223$-dan start götürəcək.

Mənbə: GSMarena
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
