Logo
    main-post-cover

    Orta büdcəli Honor Pad GT planşeti təqdimata hazırlaşır

    Cihazlar+
    27.11.2024
    Emil
         Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən Honor şirkəti performanslı yeni orta büdcəli planşetini təqdim etməyə hazırlaşır. Söhbət, Honor Pad GT-dən gedir. İnsayder bildirib ki, bu yeni planşet artıq gələn ay təqdim olunacaq. İnsayderin sözlərinə əsasən Honor-un bu yeni orta büdcəli planşeti 11.5 düym ölçülü LCD ekranla təchiz olunacaq və MediaTek Dimensity 8350 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı planşet nazik və yüngül gövdəni əldə etməli və böyük həcmli batareyaya sahib olmalıdır. Planşet barəsində digər bir məlumat hələ yoxdur.
    Paylaş