Logo
    main-post-cover

    Orta büdcəli Honor Play10T təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    09.09.2025
    Emil
         Honor yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Honor Play10T-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Honor Play10T smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2412x1080 piksel keyfiyyətli 6.8 düym ölçülü TFT LCD ekranla təchiz olunub.Ekranın maksimal parlaqlıq səviyyəsi 700 nit təşkil edir. Smartfonun gövdəsi IP65 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir.
         Smartfon Snapdragon 6s Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor Play10T özündə 50 MP-lik əsas arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor Play10T artıq Çində satışa çıxıb və qiyməti 140$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş