Logo
    main-post-cover

    Orta büdcəli Honor X60 GT smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    22.04.2025
    Emil
         Honor şirkəti Honor X60 GT adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, 2022-ci ilin flaqman Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Honor X60 GT smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2664x1200 piksel keyfiyyətli 6.7 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 5000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
         Üstəlik Honor X60 GT-nin gövdəsi IP65 standartı üzrə tozdan və su damcılarından qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor X60 GT özündə 50 MP + 2 MP ikili arxa kameranı və 16 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 6300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor X60 GT artıq Çində satışa çıxıb və onun qiyməti 246$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: GSMarena
    Paylaş