Orta büdcəli OPPO K11 smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
25.07.2023
Emil Nəcəfov
OPPO şirkəti Çində keçirtmiş olduğu təqdimat çərçivəsində özünün K seriyasına daxil olan yeni smartfonunu təqdim edib. Söhbət, OPPO K11-dən gedir. OPPO-nun sözügedən yeni smartfonu böyük ölçülü ekranı, subflaqman prosessoru, böyük həcmli batareyası və keyfiyyətli kameraları ilə seçilir. Beləliklə OPPO K11 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym OLED ekranla təchiz olunub.
Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon özündə həmçinin kontaktsız ödənişlər üçün NFC çipi, Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir.
Əsas texniki göstəricilər baxımından OPPO K11 smartfonu Snapdragon 782G prosessoru, 8/12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon ColorOS 13.1 interfeysli Android 13 vasitəsilə çalışır. OPPO K11 artıq Çin bazarında satışa çıxıb. Onun qlobal bazarda satılıb-satılmayacağı isə bilinmir. Smartfon Çin bazarında 265$-dan başlayan qiymətlə satılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!