
Orta büdcəli OPPO Pad SE planşeti təqdim olunub - QİYMƏTİ
Cihazlar+
15.05.2025
Emil
OPPO şirkəti OPPO Reno 14 smartfon seriyası ilə yanaşı üstəlik OPPO Pad SE adlı orta büdcəli planşetini də təqdim edib. Beləliklə OPPO Pad SE planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli 11 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. Planşet MediaTek Helio G100 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib.

Kameralar mövzusunda OPPO Pad SE özündə 5 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 33 vatt gücündə sürətli şarj texnologiyalı 9340 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO Pad SE-nin gövdə qalınlığı 7.39 mm, çəkisi isə 530 qram təşkil edir. OPPO Pad SE planşeti 23 may tarixində Çində satışa çıxacaq və onun qiyməti 124$-dan start götürəcək. Planşetin digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Mənbə: GSMarena
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
