main-post-cover

    Orta büdcəli Redmi 14R 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    12.09.2024
    Emil Nəcəfov
         Xiaomi-nin Redmi brendi yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Redmi 14R 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Redmi 14R 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1640x720 piksel keyfiyyətli 6.88 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir.
         Smartfon Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışır və 4/6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 13 MP-lik əsas arxa kameranı və 5 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə Redmi 14R 5G 18 vatt gücündə sürətli şarj texnologiyalı 5160 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi 14R 5G artıq Çində satışa çıxıb. Onun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir. Smartfonun Çin bazarındakı satış qiymətləri isə aşağıdakı kimidir.
    - 4 GB RAM + 128 GB yaddaş - 154$
    - 6 GB RAM + 128 GB yaddaş - 210$
    - 8 GB RAM + 128 GB yaddaş - 238$
    - 8 GB RAM + 256 GB yaddaş - 266$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 14T ilə Xiaomi 14T Pro arasındakı dizayn fərqi sərgilənib
    xiaomi-14t-ile-xiaomi-14t-pro-arasindaki-dizayn-ferqi-sergilenib
    Qlobal bazarda Xiaomi Gaming Monitor G24i monitoru təqdim edilib
    qlobal-bazarda-xiaomi-gaming-monitor-g24i-monitoru-teqdim-edilib
    iPhone 16, Galaxy S24 və Xiaomi 14: Hansı kompakt model daha yaxşıdır?
    iphone-16-galaxy-s24-ve-xiaomi-14-hansi-kompakt-model-daha-yaxsidir
    Redmi Note 14 seriyası barəsində bir rəsmi məlumat verilib
    redmi-note-14-seriyasi-baresinde-bir-resmi-melumat-verilib
    Qlobal bazarda Xiaomi MiniLED G Pro 27i gaming monitoru təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-xiaomi-miniled-g-pro-27i-gaming-monitoru-teqdim-edilib-qiymeti