
Orta büdcəli REDMI Book 14 Ryzen Edition 2025 noutbuku təqdim edilib - QİYMƏTİ
Cihazlar+
27.05.2025
Emil
Xiaomi-nin REDMI brendi orta büdcəli REDMI Book 14 Ryzen Edition 2025 noutbukunu təqdim edib. Bu noutbuk 60 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli 14 düym ölçülü ekranla təchiz olunub. Ekran sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Bu yeni noutbuk iki versiyada təqdim olunub. Birinci versiya AMD Ryzen 5 7535H prosessoru vasitəsilə, ikinci versiya isə Ryzen 7 7735H prosessoru vasitəsilə çalışır. Hər iki versiya 16 GB RAM ilə 512 GB-lıq SSD-ni əldə edib. Noutbukun batareya həcmi 56 vatt-saat təşkil edir. Noutbukun soyutma sistemi qismində 2 ədəd pər və 2 ədəd 8 millimetrlik istilik borusu çıxış edirlər. Noutbukun gövdə qalınlığı 15.9 mm, çəkisi isə 1.35 kq təşkil edir. Noutbuk özündə HDMI 2.1 TMDS, USB-C və USB-A girişlərini birləşdirir. REDMI Book 14 Ryzen Edition 2025 artıq Çində satışa çıxıb. Noutbukun Ryzen 5 7535H prosessorlu versiyasının qiyməti 458$, Ryzen 7 7735H prosessorlu versiyasının qiyməti isə 514$ təşkil edir. REDMI Book 14 Ryzen Edition 2025-in Çindən kənarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
