
Orta büdcəli Redmi Note 14 SE 5G təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Redmi Note 14 SE 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və orta həcmli batareyanı əldə edib. Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2100 nit təşkil edir. Üstəlik ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub.

Redmi Note 14 SE 5G-nin gövdəsi IP64 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Dimensity 7025 Ultra prosessoru vasitəsilə çalışır və 6 GB RAM ilə 128 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Redmi Note 14 SE 5G özündə 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı və 20 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 5110 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi Note 14 SE 5G 7 avqust tarixində Hindistanda satışa çıxacaq və onun qiyməti 173$ təşkil edəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Paylaş