Orta büdcəli Xiaomi Civi 2 smartfonu təqdim olunub - QİYMƏTİ

Orta büdcəli Xiaomi Civi 2 smartfonu təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
27.09.2022 PAYLAŞIM

    Xiaomi şirkəti ilk növbədə gənclər üçün nəzərdə tutulmuş Civi 2 smartfonunu təqdim edib. Sözügedən smartfon birinci Civi modelindən fərqli olaraq tamamilə yeni dizayn və ön kameranın ekranda yerləşdirilməsi üçün nəzərdə tutulmuş qeyri-adi çıxıntı hissə əldə edib. Xiaomi Civi 2-ni selfie fotolar üçün nəzərdə tutulmuş ən yaxşı smartfon kimi qələmə verir. Lakin smartfonun digər maraqlı texniki özəllikləri də var. Beləliklə Civi 2 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.55 düym AMOLED ekran ilə təchiz olunub.


    Ekranın yuxarı mərkəz hissəsində ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşib. Həmin çıxıntı hissə xarici görünüşcə iPhone 14 Pro modellərinin ekranlarında reallaşdırılmış Dynamic Island adlı çıxıntı hissəyə bənzəyir. Bununla yanaşı Civi 2-nin ekranı Dolby Vision texnologiyasını dəstəkləyir və əlavə olaraq Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bundan əlavə olaraq smartfon özündə kontaktsız ödənişlər üçün NFC çipi və Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirir.

    Əsas texniki özəlliklərə gəldikdə isə Civi 2 modeli Snapdragon 7 Gen 1 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş, 50 MP + 20 MP (115 dərəcə bucaq əhatəsi) + 2 MP üçlü arxa kamera, 32 MP (avtofokus) + 32 MP (100 dərəcə bucaq əhatəsi) ikili ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışır. Smartfon Çin bazarında artıq satışa çıxıb. Onun qlobal bazarda hansı ad ilə satışa çıxacağı bilinmir. Xiaomi Civi 2-nin Çin bazarında satış qiymətləri aşağıdakı kimidir:

- 8 GB RAM + 128 GB yaddaş - 334$

- 8 GB RAM + 256 GB yaddaş - 350$

- 12 GB RAM + 256 GB yaddaş - 390$.



DAHA ÇOX


Google Pixel 8a-nın real fotoları ortaya çıxıb

Google Pixel 8 smartfon seriyasının hələ gələn ay təqdim olunacağına baxmayaraq internetdə artıq Pix..


Samsung Galaxy A05-in reklam materialları təqdim edilib

Biz artıq bir neçə dəfə xəbər vermişik ki, Samsung şirkəti Galaxy A05 adlı yeni büdcəli smartfon üzə..


Redmi Note 13, Note 13 Pro və Note 13 Pro+ təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Çində baş tutmuş təqdimat tədbiri çərçivəsində Redmi Note 13 smartfon seriyasını təqd..


Honor X40 GT Racing Edition smartfonu təqdim edilib - QİYMƏTİ

Honor şirkəti X40 GT Racing Edition adlı yeni smartfonunu təqdim edib.


Elektromobil istehsalçısı NIO öz ilk smartfonu NIO Phone-nu təqdim edib - QİYMƏT..

Çinin elektromobil istehsalçısı olan NIO şirkəti NIO Phone adlı ilk smartfonunu təqdim edib.


Samsung Galaxy S23 FE müxtəlif regionlarda fərqli prosessorlara sahib olacaq

Google Play Console servisində Samsung Galaxy S23 FE smartfonunun iki versiyada qeydiyyat məlumatlar..

×