Logo
    main-post-cover

    Performanslı OnePlus Pad 2 planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    27.10.2025
    Emil
         OnePlus şirkəti OnePlus 15OnePlus Ace 6 smartfonları ilə yanaşı OnePlus Pad 2 adlı yeni performanslı planşetini də təqdim edib. Planşet böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə OnePlus Pad 2 planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 3000x2120 piksel keyfiyyətli 12.1 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 900 nit təşkil edir.
         Planşetin gövdə qalınlığı 5.99 mm, çəkisi isə 579 qram təşkil edir. Planşet MediaTek Dimensity 9400+ prosessoru vasitəsilə çalışır və 8/12/26 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OnePlus Pad 2 özündə 8 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 67 vatt gücündə sürətli şarj texnologiyalı 10 420 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OnePlus Pad 2 artıq Çində satışa çıxıb və qiyməti 393$-dan start götürür. Planşetin digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş