main-post-cover

    PlayStation 5 Pro təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    10.09.2024
    Emil Nəcəfov
         Sony şirkəti rəsmi şəkildə PlayStation 5 Pro oyun konsolunu təqdim edib. Təqdimat çərçivəsində bu yeni oyun konsolu barəsində əsas məlumatları Sony-nin oyunlar ilə bağlı şöbəsinin baş mühəndisi Mark Cerny təqdim edib. Beləliklə Mark Cerny bildirib ki, adi PlayStation 5 ilə müqayisədə PlayStation 5 Pro-nun prosessoru 67% daha güclüdür. Bununla yanaşı Pro modelin RAM25% sürətləndirilib. Yəni saniyədə 448 GB-dan saniyədə 576 GB-a kimi. Yeni oyun konsolunda render keyfiyyəti 45% yüksəlib. Həmçinin Pro model Wi-Fi 7-ni və 8K görüntü keyfiyyətini dəstəkləyir.
         Onun daxili yaddaş həcmi isə 2 TB təşkil edir. Məlumatda qeyd edilib ki, PlayStation 5 Pro-ya xarici disk oxuducusunu qoşmaq da mümkündür. PlayStation 5 Pro-nun əsas fərqləndirici özəlliklərindən biri də PSSR (PlayStation Spectral Super Resolution Upscaling) texnologiyasına sahib olmasıdır. Bu texnologiya süni zəka əsasında çalışır və konsola əlavə yüklənmə olmadan oyunlardakı qrafika keyfiyyətinin maksimal dərəcədə yüksəldilməsinə istiqamətlənib. Pro modelin daha bir xüsusiyyəti yaxşılaşdırılmış ray tracing texnologiyasına sahib olmasıdır. PlayStation 5 Pro 7 noyabr tarixində satışa çıxacaq və onun qiyməti 700$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Sony kompakt ölçülü smartfonlardan imtina edə bilər
    sony-kompakt-olculu-smartfonlardan-imtina-ede-biler
    PlayStation 5 Pro-nun xarici görünüşü rəsmi şəkildə təsdiqlənib
    playstation-5-pro-nun-xarici-gorunusu-resmi-sekilde-tesdiqlenib
    PlayStation 5 Pro-nun satış tarixi və qiyməti açıqlanıb
    playstation-5-pro-nun-satis-tarixi-ve-qiymeti-aciqlanib
    PlayStation 5 Pro-nun vizuallaşdırılmış keyfiyyətli konsept renderi sərgilənib (VİDEO)
    playstation-5-pro-nun-vizuallasdirilmis-keyfiyyetli-konsept-renderi-sergilenib-video
    PlayStation 5 Pro-nun sxematik fotosu təqdim edilib
    playstation-5-pro-nun-sxematik-fotosu-teqdim-edilib