main-post-cover

    Poco brendinin yeni smartfon modelinin dizaynı və bəzi texniki özəllikləri ortaya çıxıb

    Cihazlar+
    25.08.2020
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Poco brendi yeni smartfon modelinin təqdimatına hazırlaşır. Güman olunur ki, o, büdcəli smartfon olacaq və OnePlus Nord ilə rəqabət aparacaq. İndi isə Poco brendinin güman olunan yeni smartfon modelinin dizaynı ilə bəzi texniki özəllikləri ortaya çıxıblar. Bu abrədə XDA-Developers saytı xəbər verib.
        Məlumata əsasən yeni smartfon Poco X2-nin davamçısı olacaq. İnternetdə ortaya çıxmış dizayn fotosuna əsasən Poco X3 modelinin arxasında Poco brendinin adı və yuxarı hissədə kamera sahəsi yerləşəcək. Arxa paneldəki yazıya əsasən smartfonun arxa kameralarından biri 64 MP-lik olacaq. Maraqlısı ondadır ki, indiyənə kimi təqdim olunmuş Poco smartfonları Xiaomi və Redmi modellərinin kopyaları olublar.
        Poco X3 smartfonu isə tamamilə yeni dizayna sahib olacaq. Bu cür dizayn sadalanmış brendlərin əvvəlki modellərində rast gəlinmir. Məlumata əsasən Poco X3 modeli 33 vatt gücündə sürətli şarj texnologiyalı 5160 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Poco brendinin yeni smartfon modelinin nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər