Logo
    main-post-cover

    Qatlana bilən Google Pixel Fold 2-nin keyfiyyətli render fotoları ortaya çıxıb

    Cihazlar+
    16.02.2024
    Emil
         Google şirkəti hal-hazırda qatlana bilən Google Pixel Fold 2 smartfonu üzərində çalışır. Bir neçə müddət bundan öncə sözügedən smartfonun prototipinin real fotosu ortaya çıxmışdı. İndi isə Pixel Fold 2-nin keyfiyyətli render fotoları ortaya çıxıblar. Ortaya çıxmış render fotolardakı dizayn bir neçə müddət bundan öncə ortaya çıxmış real fotodakı dizayn ilə üst-üstə düşür. Render fotolardan da görmək olar ki, keçən ilki Pixel Fold modeli ilə müqayisədə Pixel Fold 2-nin arxa kamera dizaynında dəyişiklik olacaq. Gözləntilərə əsasən smartfon dördlü arxa kamera ilə təchiz olunacaq. Bununla yanaşı güman edilir ki, smartfon Tensor G4 prosessoru vasitəsilə çalışacaq. Lakin Tensor G4 payız fəslində Google Pixel 9 smartfon seriyasının tərkibində təqdim ediləcək. Bu isə o deməkdir ki, Pixel Fold 2 də məhz həmin ərəfədə təqdim oluna bilər.
    Paylaş