
Qlobal bazar üçün REDMI 14C 5G smartfonunun təqdimatı anons edilib
Cihazlar+
27.12.2024
Emil
REDMI brendi bir neçə gün bundan öncə elan etdi ki, o, qlobal bazarda yeni smartfonunu təqdim etməyə hazırlaşır. Lakin brend təqdim ediləcək yeni smartfonun adını və təqdimat tarixini açıqlamadı. İndi isə REDMI bu elanı edib. Beləliklə brend tərəfindən təqdim edilmiş posterə əsasən o, 6 yanvar tarixində qlobal bazarda REDMI 14C 5G smartfonunu təqdim edəcək.
Posterdə həmçinin smartfonun arxa panel dizaynı da əks olunub. Posterdən də görmək olar ki, smartfon dairəvi kamera sahəsinə sahib olacaq. Əsas arxa kameranın 50 MP-lik olacağı gözlənilir. Daha öncəki məlumat sızıntılarına inansaq, REDMI 14C 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.88 düym ölçülü ekranla təchiz olunacaq və Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışacaq.

Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
