Qlobal bazarda büdcəli Honor X6b smartfonu təqdim edilib
Cihazlar+
13.06.2024
Emil Nəcəfov
Honor şirkəti qlobal bazarda Honor 200 və Honor 200 Pro smartfonlarından əlavə olaraq yeni büdcəli smartfonunu da təqdim edib. Şirkətin yeni büdcəli smartfonu Honor X6b adlanır. Bu yeni büdcəli smartfon ilk növbədə böyük həcmli batareyası ilə diqqəti cəlb edir. Beləliklə Honor X6b smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.56 düym ölçülü ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində oval formalı geniş çıxıntı yerləşir və o, iPhone-lardakı Dynamic Island çıxıntısını xatırladır.
Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini yalnız bəzi ölkələrdə əldə edəcək. Honor X6b MediaTek Helio G85 prosessoru vasitəsilə çalışır və özündə 4/6 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameranı və 5 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 35 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareyaya sahibdir. Honor sözügedən yeni büdcəli smartfonunun nə zaman və hansı qiymətə satışa çıxacağını hələ açıqlamayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Honor 200 və Honor 200 Pro smartfonlarının qlobal versiyaları təqdim edilib - QİYMƏTİ
Honor 200 və Honor 200 Pro smartfonlarının qlobal versiyaları təqdim edilib - QİYMƏTİ
Honor şirkəti keçən ayın sonunda Çində Honor 200 smartfon seriyasını təqdim etdi.
Təqdimatdan bir gün öncə Honor Magic V Flip smartfonu Geekbench testlərindən keçib
Təqdimatdan bir gün öncə Honor Magic V Flip smartfonu Geekbench testlərindən keçib
Honor şirkəti artıq sabah ilk qatlana bilən qapaqlı smartfonunu təqdim edəcək. Söhbət, Honor Magic V Flip-dən gedir.
Honor Magic V Flip-in xarici ekranının imkanları reklam videosu ilə sərgilənib (VİDEO)
Honor Magic V Flip-in xarici ekranının imkanları reklam videosu ilə sərgilənib (VİDEO)
Honor şirkəti artıq 13 iyun tarixində Magic V Flip adlı ilk qatlana bilən qapaqlı smartfonunu təqdim edəcək.
Qatlana bilən qapaqlı Honor Magic V Flip smartfonunun təqdimatı anons edilib
Qatlana bilən qapaqlı Honor Magic V Flip smartfonunun təqdimatı anons edilib
Keçən ildən bəri olmuş müxtəlif məlumat sızıntılarından sonra Honor şirkəti sonunda öz ilk qatlana bilən qapaqlı smartfonunun təqdimatını anons edib.
Honor 200 və Honor 200 Pro təqdim edilib - QİYMƏTİ
Honor 200 və Honor 200 Pro təqdim edilib - QİYMƏTİ
Honor şirkəti Honor 200 və Honor 200 Pro subflaqman smartfonlarını təqdim edib. Təqdim edilmiş bu smartfonlar xarici görünüşcə demək olar eynidirlər.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!