
Qlobal bazarda büdcəli Honor X6c smartfonu təqdim edilib
Cihazlar+
10.06.2025
Emil
Honor şirkəti qlobal bazarda yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Honor X6c-dən gedir. Bu yeni büdcəli smartfon böyük ölçülü ekranı və MediaTek Helio prosessorunu əldə edib. Beləliklə Honor X6c smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1604x720 piksel keyfiyyətli 6.61 düym ölçülü TFT LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1010 nit təşkil edir. Smartfonun gövdəsi IP64 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Helio G81 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor X6c özündə 50 MP-lik əsas arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə smartfon 35 vatt gücündə sürətli şarj texnologiyalı 5300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor X6c-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.

Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
