main-post-cover

    Qlobal bazarda Honor 200 SMart smartfonu təqdim təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    30.09.2024
    Emil Nəcəfov
         Honor şirkəti qlobal bazarda Honor 200 Smart adlı smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Honor 200 Smart smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2412x1080 piksel keyfiyyətli 6.8 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 850 nit təşkil edir.
         Smartfonun gövdəsi üstəlik IP64 standartı üzrə sudan qorunur və özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Honor 200 Smart smartfonu Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameraya və 5 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 35 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor 200 Smart artıq satışa çıxıb və onun qiyməti 219$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor zərbələrə dözümlü yeni smartfonunu təqdim etməyə hazırlaşır
    honor-zerbelere-dozumlu-yeni-smartfonunu-teqdim-etmeye-hazirlasir
    Honor öz 3 qat qatlana bilən smartfonunu artıq gələn il təqdim edə bilər
    honor-oz-3-qat-qatlana-bilen-smartfonunu-artiq-gelen-il-teqdim-ede-biler
    Büdcəli Honor Play 9C smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-honor-play-9c-smartfonu-teqdim-edilib-qiymeti
    Büdcəli Honor Pad X8a planşeti təqdim edilib - QİYMƏTİ
    budceli-honor-pad-x8a-planseti-teqdim-edilib-qiymeti
    Honor Magic 7 Pro-nun real fotoları ortaya çıxıb
    honor-magic-7-pro-nun-real-fotolari-ortaya-cixib