
Qlobal bazarda Honor Pad 10 planşeti təqdim edilib - QİYMƏTİ
Cihazlar+
23.05.2025
Emil
Honor şirkəti qlobal bazarda Honor Pad 10 adlı yeni planşetini təqdim edib. Bu yeni planşet böyük ölçülü ekranı və Snapdragon prosessorunu əldə edib. Beləliklə Honor Pad 10 planşeti 60 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 12.1 düym ölçülü IPS ekranla təchiz olunub. Planşet Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor Pad 10 özündə 8 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 35 vatt gücündə sürətli şarj texnologiyalı 10 100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor Pad 10 artıq satışa çıxıb və onun qiyməti 350 avro təşkil edir.

Paylaş
Ən çox oxunanlar

Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
