Logo
    main-post-cover

    Qlobal bazarda Redmi Buds 6 Active naqilsiz qulaqlığı təqdim edilib

    Cihazlar+
    16.08.2024
         Xiaomi-nin Redmi brendi qlobal bazarda öz yeni naqilsiz qulaqlığını təqdim edib. Söhbət, Redmi Buds 6 Active-dən gedir. Bu yeni naqilsiz qulaqlıq yarım şəffaf şarj keysinə sahibdir və o, bazarda 4 gövdə rəngində satışa çıxacaq. Qara, mavi, çəhrayı və ağ. Beləliklə Redmi Buds 6 Active qulaqlıqları 14.2 mm-lik audio drayverə sahibdirlər. Onların gövdələri IPX4 standartı üzrə sudan qorunurlar. Qulaqlıqların cihazlara qoşulmaları prosesi isə Bluetooth 5.4 üzərindən reallaşdırılır.
        Qulaqlıqlarda ətraf səs-küyün ənənəvi boğulması funksiyası olmasa da, onlarda telefon zəngləri zamanı ətraf səs-küyün boğulması imkanı reallaşdırılıb. Bununla yanaşı Redmi Buds 6 Active, Android cihazlara sürətli qoşulmanı təmin edən Google Fast Pair texnologiyasını dəstəkləyir. Redmi Buds 6 Active bir dəfə şarj olunandan sonra şarj keysi ilə birlikdə 30 saat çalışa bilir. Redmi-nin bu yeni naqilsiz qulaqlığının nə zaman və hansı qiymətə satışa çıxacağı hələ açıqlanmayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Qlobal bazarda Redmi Buds 6 Active naqilsiz qulaqlığı təqdim edilib | Technote