
Qualcomm CEO-su Galaxy S24 smartfon seriyasında Exynos prosessorunun istifadəsini təsdiqləyib
Cihazlar+
03.11.2023
Emil
Dünən 2023-cü ilin dördüncü rübü üzrə maliyyə nəticələrinin açıqlanması zamanı Qualcomm şirkətinin CEO-su Cristiano Amon bildirib ki, Samsung Galaxy S24 seriyasının smartfonlarında Snapdragon 8 Gen 3 prosessoru istifadə ediləcək. Lakin bu bəyanatda kiçik bir nüans var. Belə ki, Qualcomm rəhbərinin sözlərinə əsasən Snapdragon 8 Gen 3 prosessoru Galaxy S24 smartfonlarının "əksəriyyətində" istifadə ediləcək.
Qualcomm CEO-su faktiki olaraq Galaxy S24 və S24+ smartfonlarının bəzilərində Exynos prosessorunun istifadə ediləcəyini təsdiqləyib. Qeyd etmək lazımdır ki, söhbət, Exynos 2400 prosessorundan gedir. Hal hazırda aktual olan Galaxy S23 smartfon seriyasının bütün modellərində Snapdragon 8 Gen 2 prosessorundan istifadə edilir. Samsung-un Galaxy S23 smartfonları ilə əlaqədar bu cür qərar qəbul etməsinə səbəb isə onun Snapdragon 8 Gen 2 ilə rəqabət apara biləcək fərdi prosessora sahib olmamasında idi.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
