Logo
    main-post-cover

    Redmi 13 4G smartfonunun render fotosu və texniki imkanları təqdim edilib

    Cihazlar+
    23.05.2024
    Emil
         Bir neçə saat bundan öncə biz xəbər verdik ki, Xiaomi-nin Redmi brendi büdcəli Redmi A3x adlı yeni smartfonu üzərində çalışır. İndi isə Redmi-nin hazırladığı daha bir yeni smartfon barəsində məlumatlar verilib. Söhbət, Redmi 13 4G-dən gedir. İnsayderlər sözügedən yeni smartfonun render fotosunu və bəzi texniki özəlliklərini təqdim ediblər. Beləliklə təqdim edilmiş render fotodan da görmək olar smartfon 4 gövdə rəngində satışa çıxacaq.
         Qara, sarı, çəhrayı və mavi. İnsayderlər bildiriblər ki, Redmi 13 4G smartfonu MediaTek Helio G91 Ultra prosessoru vasitəsilə çalışacaq və özündə 6/8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini birləşdirəcək. Üstəlik smartfon 108 MP-lik əsas arxa kameranı və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5040 mAh enerji tutumlu batareyanı əldə edəcək. Redmi 13 4G-nin yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Paylaş