main-post-cover

    Redmi 13C 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    06.12.2023
    Emil Nəcəfov
         Xiaomi-nin Redmi brendi keçən ay təqdim edilmiş Redmi 13C-nin Hindistanda qlobal versiyasının təqdimatını keçirib. Qlobal versiya Redmi 13C 5G adını əldə edib. Smartfon xarici görünüşcə Redmi 13C-yə bənzəsə də ondan bəzi texniki göstəricilərə görə fərqlənir. Beləliklə Redmi 13C 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.74 düym LCD ekranla təchiz olunub. Üstəlik ekran Gorilla Glass qoruyucu şüşəsi ilə də əhatə olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir.
         Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon MediaTek Dimensity 6100+ prosessoru, 4/6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP-lik əsas arxa kamera, 5 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi 13C 5G MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışır. Smartfon 16 dekabr tarixində satışa çıxacaq və hələ ki, yalnız Hindistanda satılacaq. Onun satış qiymətləri isə aşağıdakı kimi olacaq.
    - 4 GB RAM + 128 GB yaddaş - 130$
    - 6 GB RAM + 128 GB yaddaş - 150$
    - 8 GB RAM + 256 GB yaddaş - 175$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi-nin bəzi smartfonları yaxın zamanda Wi-Fi 7 dəstəyini əldə edəcəklər
    redmi-nin-bezi-smartfonlari-yaxin-zamanda-wi-fi-7-desteyini-elde-edecekler
    Redmi Note 12 seriyasının iki modeli yaxın zamanda HyperOS-i əldə edəcəklər
    redmi-note-12-seriyasinin-iki-modeli-yaxin-zamanda-hyperos-i-elde-edecekler
    Redmi brendi Redmi K70 Ultra smartfonu üzərində çalışır
    redmi-brendi-redmi-k70-ultra-smartfonu-uzerinde-calisir
    Təqdimatdan bir gün qabaq Redmi 13C 5G haqqında yeni rəsmi məlumatlar verilib
    teqdimatdan-bir-gun-qabaq-redmi-13c-5g-haqqinda-yeni-resmi-melumatlar-verilib
    Redmi 13C 5G-nin qlobal bazardakı satış qiyməti məlum olub
    redmi-13c-5g-nin-qlobal-bazardaki-satis-qiymeti-melum-olub