
Redmi 13R 5G adlı yeni büdcəli smartfon hazırlanır
Cihazlar+
01.12.2023
Emil
Hələ bir neçə müddət bundan öncə Redmi brendi Çində Redmi 13C smartfonunu təqdim etdi və şirkət hal hazırda onun qlobal versiyasının təqdimatına hazırlaşır. İndi isə məlum ilub ki, Redmi brendi daha bir büdcəli smartfonun təqdimatına hazırlaşır. Söhbət, Redmi 13R 5G-dən gedir. Təqdimata hazırlaşan sözügedən smartfon artıq Bluetooth SIG təşkilatında qeydiyyatdan keçib. Bunun sayəsində məlum olub ki, Redmi 13R 5G smartfonu Bluetooth 5.3 texnologiyasının dəstəyinə sahib olacaq və qutudan MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışacaq. Smartfon barəsində digər məlumatlar olmasa da, insayderlərin sözlərinə əsasən o, MediaTek Dimensity 6100+ prosessoru vasitəsilə çalışacaq və özündə 90 Hz-lik təsvir yenilənməsinə sahib LCD ekranı birləşdirəcək.
Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
