Logo
    main-post-cover

    Redmi A27Q 2025 adlı yeni büdcəli monitor təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    25.04.2024
    Farid
         Xiaomi-nin Redmi brendi özünün yeni büdcəli monitorunu təqdim edib. Yeni büdcəli monitor Redmi A27Q 2025 adlanır. Beləliklə sözügedən monitor 100 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit təşkil edir və o, 8 bit-lik rəıngləri dəstəkləyir. Ekran həmçinin aşağı səviyyəli göy işıq sertifikatına sahibdir və o, DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitor 3 istiqamətdən ekran ətrafı nazik çərçivələrə və əyilmə bucağının ayarlanması üçün nəzərdə tutulmuş dayaq hissəyə sahibdir. Redmi A27Q 2025 özündə HDMI DisplayPort girişlərini birləşdirir. Monitor artıq Çində satışa çıxıb və onun qiyməti 103$ təşkil edir. Onun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
    Paylaş