
Redmi A27U monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
06.08.2024
Emil
Xiaomi-nin Redmi brendi öz yeni monitorunu təqdim edib. Yeni monitor Redmi A27U adlanır. Beləliklə Redmi-nin bu yeni monitoru 60 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir. Üstəlik ekran sRGB rəng diapazonunun 100%-ni və DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitor özündə HDMI 2.0 və DisplayPort 1.4 girişlərini birləşdirir. Redmi A27U monitoru 12 avqust tarixində Çində satışa çıxacaq və onun qiyməti 167$ təşkil edəcək. Monitorun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.

Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
