
Redmi A3 Pro-nun real fotoları və bəzi texniki imkanları ortaya çıxıb
Cihazlar+
14.10.2024
Emil
Hələ keçən ay məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Redmi A3 Pro adlı yeni smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə sözügedən smartfonun real fotoları və bəzi texniki imkanları ortaya çıxıb. Beləliklə ortaya çıxmış fotolara əsasən Redmi A3 Pro smartfonu yastı gövdə dizaynını əldə edəcək və onun arxa panelində dairəvi kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə iki ədəd obyektiv mövcud olacaq. Məlumata əsasən Redmi A3 Pro 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.88 düym ölçülü ekranla təchiz olunacaq və MediaTek Helio G81 Ultra prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfon özündə 8 GB RAM-ı, 50 MP-lik əsas arxa kameranı və 5160 mAh enerji tutumlu batareyanı birləşdirəcək.


Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
