
REDMI böyük həcmli batareyaya sahib smartfonun təqdimatına hazırlaşır
Xiaomi-nin REDMI brendi yeni smartfonunun təqdimatını anons edib. Təqdim olunacaq smartfonun adı və təqdimat tarixi qeyd edilməyib. Lakin REDMI tərəfindən təqdim edilmiş posterdə smartfonun yan hissəsini və mAh yazısını görmək olar. mAh yazısı öz növbəsində smartfonun böyük həcmli batareyaya sahib olacağına işarə edir. Bəzi insayderlərin fikirlərinə əsasən bu yeni smartfon REDMI 15 ola bilər. Bunun həqiqətən də belə olub-olmadığı yaxın zamanda bilinəcək.

Paylaş